"Allah xətrinə, FİFA və UEFA-ya zəng edin ki, bu məsələni müzakirə etsinlər"

23 İyul 2022 01:40 İtaliya 747
"Allah xətrinə, FİFA və UEFA-ya zəng edin ki, bu məsələni müzakirə etsinlər"

“Çelsi”nin və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo milli komandalar səviyyəsində böyük turnirlərin keçirilməsi sistemində ciddi çatışmazlıq olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, Jorjinyo Avropa çempionu olan yığmaya mundiala birbaşa vəsiqə verilməməsini ədalətsiz hesab edir:

“Avropa çempionu olmaq və bunun sayəsində mundiala vəsiqə əldə etməmək gülüncdür. Allah xətrinə, FİFA və UEFA-ya zəng edin ki, bu məsələni müzakirə etsinlər.

Bəlkə də, mundiala vəsiqə qazana bilmədiyimiz üçün belə danışdığımı düşünəcəksiz. Amma belə deyil, meydanda özünü öldürürsən, turniri qazanırsan, sonra yenidən vəsiqə qazanmalısan.

Bəs Avropa çempionu olmaq nəyə lazımdır? Eləcə Avropanın ən yaxşısı olduğunuzu elan etmək üçün və vəssalam?

Klub futbolunda Avropa Liqasının qalibi Çempionlar Liqasının qrupuna vəsiqə qazanır. Dünya çempionatı bütün turnirlərin zirvəsidir.

Amma bu turnirə Avropa, Amerika, Asiya çempionu vəsiqə qazanmaya bilər. Bu, ədalətsizlikdir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı