"Ən yaxşı dörd-beş məşqçidən biridir, onu çox sıxmamalıyıq"

15 Noyabr 2021 00:30 İtaliya 560
"Ən yaxşı dörd-beş məşqçidən biridir, onu çox sıxmamalıyıq"

“Roma”nın keçmiş futbolçusu Daniele De Rossi komandanın baş məşqçisi Joze Mourinyonu tərifləyib.

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatına danışan Ross, portuqaliyalı çalışdırıcının tarixin ən yaxşı məşqçilərindən olduğunu söyləyib:

“Mourinyo futbol tarixinin ən yaxşılarından biridir. Onun performansını aşağı salacaq şeylər olmasa,

“Roma” mövsümün sonunda yuxarı pillələrdə olacaq. O, tarixin ən yaxşı dörd-beş məşqçisindən biridir. Onu çox sıxmamalıyıq.

“Roma”nı kənardan izləmək daha yaxşıdır. Mourinyonun yerində olmaq istəmərəm. Komandanın çətin zamanlarda belə, düşdüyü vəziyyətdən tez çıxa biləcəyini düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti