"Siz dəli olmusuz? Mən heç vaxt “Yuventus”a keçmərəm"

31 Oktyabr 2021 01:38 İtaliya 471
"Siz dəli olmusuz? Mən heç vaxt “Yuventus”a keçmərəm"

“Napoli”nin futbolçusu Xalidu Kulibali açıqlama verib.

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatına danışan seneqallı müdafiəçi Neapol təmsilçisinə heç vaxt xəyanət etməyəcəyini deyib:

“Mən və “Yuventus”? Dəli olmusuz? Heç vaxt “Yuventus”a keçmərəm. İtaliyada “Napoli”dən başqa heç bir klubda çıxış etmərəm. “Napoli”yə və azarkeşlərinə xəyanət etmərəm.

Dünyada sadəcə 2-3 kluba görə “Napoli”ni tərk edərəm. Bunlar da “Barselona”, “Real” və “Mançester Siti”dir”.

Kulibalinin “Napoli” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti