Azərbaycanda çıxış etdi, Şeydayevin komanda yoldaşı olmaq üçün 1 milyon istədi

15 Avqust 2023 19:40 Sabah 2 264
Azərbaycanda çıxış etdi, Şeydayevin komanda yoldaşı olmaq üçün 1 milyon istədi

Xəbər verildiyi kimi, “Sabah”dan ayrılan Coy Lens Mikels “Əl-Faysal”la müqavilə bağlayıb.

Almaniyalı legionerin imzalanma mərasimində Səudiyyə Ərəbistanı klubunun idarə heyətinin sədri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin iştirak edib.
2021-ci ildən “Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.

Harmah təmsilçisi ilə anlaşan 29 yaşlı hücumçu “Sabah”a 300 min avro qazandırıb. Özü isə Ərəbistan yarımadasında keçirəcəyi hər mövsümə görə 800 min avro gəlir əldə edəcək.

Demə, onun meneceri “Əl-Faysal”dan öncə “Burinam Yunayted”lə danışıqlar aparıb.

Ramil Şeydayevi “Qarabağ”dan sıralarına qatmış Tailand klubu Mikelsə maraq göstərsə də, təırəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

Belə ki, agentin illik 1 milyon avro istəməsi Asiya təmsilçisini bu transferdən çəkindirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti