Ronaldo nə qədər tez getsə, bir o qədər yaxşı olar

26 Avqust 2021 12:00 İtaliya 1 424
Ronaldo nə qədər tez getsə, bir o qədər yaxşı olar

“Yuventus”un sabiq prezidenti Covanni Kobolli Cili Kriştiano Ronaldo əttafında yaranan söz-söhbətə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, sabiq prezident Ronaldonun transferinin səhv addım olduğunu deyib.

O, futbolçunun komandanı tərk etməsini də istədiyini vurğulayıb:

“Həmişə dürüst olmağa çalışmışam. Ronaldonun transferi səhv idi. Artıq investisiyanı geri qaytarmaq mümkün deyil.

Ronaldo böyük futbolçudur. Amma indi nə qədər tez getsə, özü üçün də, “Yuventus” üçün də bir o qədər yaxşı olar.

Ümid edirəm ki, Massimiliano alleqro ondan necə yararlanmağın da yolunu bilir. Ronaldo “Yuventus”un hücumlarına mane olur. Onun yoxluğunda kollektiv böyük işlər görə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti