11 milyon avro verib, 21 yaşlı mərkəz müdafiəçisi aldılar

2 Avqust 2021 10:20 İtaliya 495
11 milyon avro verib, 21 yaşlı mərkəz müdafiəçisi aldılar

"Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinffo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Verona”nın mərkəz müdafiəçisi Matteo Lovatonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma İtaliya mətbuatı gənc oyunçunun keçidinin 11 milyon avroya başa gəldiyini yazıb.

Matteo Lovato peşəkar karyerasına “Padova”da başlayıb. O, ötən mövsümün əvvəlindən “Verona”da çıxış edirdi. Müdafiəçi həm də İtaliyanın U-21 yığmasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular