Ürəyində problem yaranan məşhur futbolçu bir də oynaya biləcək?

31 İyul 2021 22:00 İtaliya 638
Ürəyində problem yaranan məşhur futbolçu bir də oynaya biləcək?

“İnter”in futbolçusu Kristian Eriksen gələn həftə kluba qoşulacaq.

Sportinfo.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi həkim müayinəsindən keçəcək və bəzi testlər verəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bu testlərin nəticəsindən asılı olaraq Eriksenin A Seriyasında iştirak etməsinin mümkün olub-olmayacağı müəyyənləşəcək.

Eriksenin testlərinin nəticəsi yaxşı olacağı halda, o, 6 ay sonra məşqlərə başlaya biləcək.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub.

Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Digər Xəbərlər
Xəbər Lenti