"Məqsədim qazanmaqdır - Bu səbəbdən futbol oynayıram"

18 İyul 2021 00:28 İtaliya 867
"Məqsədim qazanmaqdır - Bu səbəbdən futbol oynayıram"

"Milan"ın yeni transferi Oliviye Jiru komandaya keçidi və hədəfləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib:

"Məqsədim bir neçə kubok qazanmaqdır. Bu səbəbdən futbol oynayıram. Dəfələrlə qalib gəlmək istəyirəm.

Özümü az qala 35 yaşında olan kiçik bir uşaq kimi hiss edirəm. Uşaqlıqda və gənclikdə Can-Pyer Papin, Anrey Şevçenko və əlbətdə Paolo Maldiniyə azarkeşlik edirdim.

Bu komanda mənim xəyalım idi. Mən də Marko van Bastenin böyük bir pərəstişkarıydım. "Milan" zəngin bir tarixçəyə sahibdir. Ona görə də kluba qoşulmağı seçdim".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!