Ronaldo 11 milyon güzəştə getsə, müqaviləsi uzadılacaq - "Yuventus"un tək şərti

17 İyul 2021 22:00 İtaliya 2 796
Ronaldo 11 milyon güzəştə getsə, müqaviləsi uzadılacaq -

"Yuventus" futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni uzatmağı müzakirə edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şkira məlumat yayıb.

Turin təmsilçisinin 36 yaşlı hücumçu ilə 2023-cü ilədək sözləşmə imzalamaq istədiyi və bunun üzərində müzakirələr aparacağı bildirilib.

Lakin Ronaldo klubda əvvəlki kimi illik 31 milyon avro yox, 20 milyon avro maaş alacaq.

Ronaldonun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti