"Güclü təzyiq göstərəcəklər? Biz onlara təsir etməliyik"

11 İyul 2021 12:20 İtaliya 381
"Güclü təzyiq göstərəcəklər? Biz onlara təsir etməliyik"

İtaliyanın baş məşqçisi Roberto Mançini AÇ-2020-nin finalı çərçivəsində İngiltərə yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis həlledici matçla bağlı bunları deyib:

“Belə bir turnirin finalına çıxırsızsa, istənilən halda rəqibiniz güclü olacaq. Fərqli vəziyyətlərə öyrəşməliyik.

İngilis fanatlar komandalarına güclü təzyiq göstərəcək? Biz onlara təsir etməliyik. Əlbəttə, oyunları sona qədər oynamaq lazımdır.

İngiltərə əla komandadır. Fiziki, texniki cəhətdən güclüdürlər və yaxşı mübarizə aparırlar. Biz də sona qədər döyüşməliyik”.

Bu gün keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti