Mourinyonun proqnozu - “İtaliya qalib gələcək” deməyə məcburam

2 İyul 2021 12:00 İtaliya 999
Mourinyonun proqnozu - “İtaliya qalib gələcək” deməyə məcburam

“Roma2nın baş məşqçisi Joze Mourinyo Avropa çempionatının 1/4 final mərhələsi üçün proqnoz verib.

Sportinfo.az xəbər verir ki, Joze İngiltərənin yarımfinala adlayacağına tam əmin olduğunu bildirib:

“İngiltərə ilə bağlı məsələ aydındır. Hesab edirəm ki, Danimarka da Çexiyaya qalib gələcək.

Belçika ilə İtaliya? Bu, böyük problemdir. Bir neçə gündən sonra İtaliyaya gedəcəyəm. Əgər İtaliyanın qalib gələ bilməyəcəyini desəm, məni orda öldürərələr. Ona görə də “İtaliya qalib gələcək” deməyə məcburam.

İspaniya isə İsveçrəni məğlub edəcək. Daha bir böyük qarşılaşma izləyəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti