“Barselona” “İnter”in bu futbolçusu ilə maraqlanır

2 İyul 2021 10:00 İtaliya 891
“Barselona” “İnter”in bu futbolçusu ilə maraqlanır

“Barselona” “İnter”in futbolçusu Marselo Brozoviçlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi Miralem Pyaniç komandadan ayrılacağı halda, Brozoviçi heyətinə qatmağa çalışacaq.

Pyaniçin adı “Yuventus” klubu ilə hallanır. Futbolçu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqrinin razılıq verəcəyi təqdirdə, “Yuventus”a keçə bilər.

Brozoviçin “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 28 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 40 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti