Ölkə çempionu müdafiəçisi və qapıçısı ilə vidalaşdı

2 İyul 2021 01:52 İtaliya 497
Ölkə çempionu müdafiəçisi və qapıçısı ilə vidalaşdı

“İnter” 2 futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.

2017-ci ildən “İnter”in formasını geyinən Padelli “Udineze”də, 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edən Yanq isə ölkəsinin “Aston Villa” komandasında oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti