Çalhanoğlu karyerasını “İnter”də davam etdirəcək

22 İyun 2021 10:00 İtaliya 852
Çalhanoğlu karyerasını “İnter”də davam etdirəcək

“Milan”la müqaviləsinin müddəti bitən Hakan Çalhanoğlu karyerasını “İnter”də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi “neradzurra” ilə artıq razılaşıb.

Hakanın sabah tibbi müayinədən keçdikdən sonra “İnter”lə rəsmi müqavilə imzalayacağı bildirilib.

2017-ci ildən “Milan”da çıxış edən 27 yaşlı futbolçu klubla müddəti bitən müqaviləsini yeniləməyib.

Hakan Çalhanoğlu Türkiyə yığması ilə AÇ-2020-də iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti