"Yuventus" Moratanın icarə müddətini 1 il uzatdı

16 İyun 2021 22:00 İtaliya 742
"Yuventus" Moratanın icarə müddətini 1 il uzatdı

"Yuventus" müqavilə ilə "Atletiko"ya məxsus olan Alvaro Moratanın icarə müddətini uzadıb.

Sportinfo..az xəbər verir ki, ispan hücumçu daha 1 il Turin təmsilçisində icarə əsasında çıxış edəcək.

Morata ötən ilin sentyabrından "Yuventus"da oynayır. O, ötən mövsüm A seriyasında meydana çıxdığı 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!