Türkiyə millisinin üzvü Bundesliqa klubu ilə müqavilə imzaladı

8 İyun 2021 10:00 İtaliya 797
Türkiyə millisinin üzvü Bundesliqa klubu ilə müqavilə imzaladı

Türk futbolçu Ömər Faruk Beyaz “Ştutqart” ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.

Ömər “Ştutqart”a azad agent kimi keçib. Bundan əvvəl “Fənərbaxça”da çıxış edən yarımmüdafiəçi, 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının da üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!