Yuventus”un yeni baş məşqçisinin TRANSFER SİYAHISI

7 İyun 2021 01:38 İtaliya 1 281
Yuventus”un yeni baş məşqçisinin TRANSFER SİYAHISI

“Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqri yay transfer pəncərəsi dövründə heyətin gücləndirilməsini istəyir.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssisin istədiyi futbolçuların adları məlum olub.

Alleqri həm hücuma, həm də yarımmüdafiəyə futbolçu transfer edilməsini istəyir.

Alleqrinin siyahısında hücum üçün PSJ-dən Mauro İkardi və “Fiorentina”dan Duşan Vlahoviç, yarımmüdafiə üçün isə “Barselona”dan Miralem Pyaniç, “Mançester Yunayted”dən Pol Poqba və “Sassuolo”dan Manuel Lokatelli yer alıb.

“Yuventus” A Seriyasında son mövsümü 4-cü sırada bitirib.

Digər Xəbərlər
Xəbər Lenti