Elitaya vəsiqə qazanan ikinci klub oldu - FOTO

12 May 2021 21:40 İtaliya 1 066
Elitaya vəsiqə qazanan ikinci klub oldu - FOTO

“Salernitana” yeni mövsümdə A Seriyasında oynamaq hüququ qazanıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu – 38-ci turunda “Peskara”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub.

Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.

“Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.

A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”