Klubun vitse-prezidenti xəstəlikdən vəfat etdi

24 Aprel 2021 15:40 İtaliya 614
Klubun vitse-prezidenti xəstəlikdən vəfat etdi

"Sassuolo" klubunun vitse-prezidenti Sercio Sassi dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, funksioner 65 yaşında vəfat edib.

"Sassuolo" onun ölüm səbəbini açıqlamayıb. Yerli mətbuat Sassinin sağalmaz xəstəlikdən dünyasını dəyişdiyini yazıb.

Klubun əsas və gənclərdən ibarət komandası bugünkü matça qollarında qara sarğı ilə çıxacaqlar.

"Sassuolo" A Seriyasının XXIII turunda "Sampdoriya"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti