“Ronaldonu tənqid edənlər ağızlarını təmizləməlidirlər”

2 Aprel 2021 18:40 İtaliya 535
“Ronaldonu tənqid edənlər ağızlarını təmizləməlidirlər”

“Yuventus”un və “Qalatasaray”ın sabiq futbolçusu Felipo Melo Kriştiano Ronaldonun ünvanına yönələn tənqidlərə sərt münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı oyunçu deyib:

“Ronaldonu necə tənqid etmək olar? O və Messi menim həyatımda gördüyüm ən yaxşı futbolçulardlr. O, təkcə “Yuventus”un yox, dünya futbolunun çempionu, simvolu və əfsanəsidir.

Ronaldo tarixdir və heç kim buna şübhə etməməlidir. A seriyası sevinməlidir ki, orada belə bir futbolçu var. Ronaldonu tənqid edənlər isə ağızlarını təmizləməlidirlər”.

Digər Xəbərlər
Xəbər Lenti