Buffon "Yuventus"dan ayrılır - Ölkə xaricində klub axtarır

30 Mart 2021 15:40 İtaliya 429
Buffon "Yuventus"dan ayrılır - Ölkə xaricində klub axtarır

"Yuventus"un qapıçısı Canluici Buffon komandadan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qolkiper Turin təmsilçisində az oynadığı üçün bu qərarı vermək fikrindədir.

İtaliya millisinin keçmiş üzvünün ölkə xaricində klub axtardığı bildirilir.

Qapıçı daha 2 mövsüm oynamağı planlaşdırır.

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a keçib. 2018-ci ildə PSJ-yə gedən təcrübəli qolkiper ötən yay "Yuventus"a qayıtdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"