“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı - VİDEO

7 Mart 2021 12:20 İtaliya 802
“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı - VİDEO

İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib.

Sportinfo.az xəbər verir ki, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.

Lakin matçın davamında “Qoca Sinyora”nın futbolçuları fərqlənib. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb. İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə dubl edib.

Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.

"Yuventus" - "Latsio" 3:1

Qollar: Adrien Rabyö, 39, Alvaro Morata, 57, 60 (pen.) - Xoakin Korrea, 14

Digər Xəbərlər
Xəbər Lenti