“Milan”ın sabiq qapıçısı İtaliyada komanda çalışdıracaq

4 Mart 01:38 İtaliya 330
“Milan”ın sabiq qapıçısı İtaliyada komanda çalışdıracaq

“Milan”ın sabiq futbolçusu Marko Amelia İtaliyada komanda çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, keçmiş qapıçı “Livorno” komandasına baş məşqçi təyin olunub.

Bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amelia ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Amelia futbolçu karyerası ərzində İtaliyada “Milan”, “Livorno”, “Cenoa”, “Peruca”, İngiltərə “Çelsi”də çıxış edib. Sabiq qapıçı İtaliya yığmasında 9 oyuna çıxıb.

Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi