İtaliya klubunda yeni baş məşqçi - mövsümün sonuna qədər

2 Mart 2021 10:20 İtaliya 388
İtaliya klubunda yeni baş məşqçi - mövsümün sonuna qədər

taliyanın “Krotone” klubu baş məşqçisi Covanni Stroppanı istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. 53 yaşlı italyan mütəxəssis 2018-ci ildən sözügedən kollektivə rəhbərlik edirdi.

Artıq “Krotone”nin yeni baş məşqçisi də məlumdur. Bundan sonra komandanı Serse Kosmi çalışdıracaq. Klub 62 yaşlı italyan mütəxəssislə mövsümün sonuna qədər anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb.

“Krotone” bu mövsüm İtaliya A Seriyasında 24 oyuna topladığı 12 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!