Bu komandanı iki texniki məğlubiyyət gözləyir

18 Fevral 2021 00:00 İtaliya 746
Bu komandanı iki texniki məğlubiyyət gözləyir

İtaliya A seriyasının iki oyununun nəticəsi ləğv edilə bilər.

Sportinfo.az xəbər verir ki, "Torino” və “Yuventus”la görüşlərdə “Latsio”ya texniki məğlubiyyətin veriləcəyi gözlənilir.

Buna səbəb Roma təmsilçisinin koronavirus qaydalarını pozmasıdır. Ötən ilin payızında başlayan araşdırmalar göstərib ki, paytaxt klubu müsbət testlər barədə zəruri məlumatları təşkilatçılara çatdırmayıb.

Bu üzdən də “Latsio”nu ağır sanksiyalar, hətta mövsümün ilk yarısındakı görüşlərdə texniki məğlubiyyətin verilməsi gözləyir.

22 oyunda 40 xal toplayan romalılar turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti