OLAY - Klub prezidenti ilə baş məşqçi bir-birlərini təhqir etdi - VİDEO+FOTO

10 Fevral 2021 18:20 İtaliya 634
OLAY - Klub prezidenti ilə baş məşqçi bir-birlərini təhqir etdi - VİDEO+FOTO

"Yuventus" və "İnter" arasında İtaliya Kubokunun ikinci yarımfinal matçından sonra qarşıdurma olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Italia” bildirib.

Məlumata görə, hakimin final fitindən sonra Turin klubunun prezidenti Andrea Anyelli ilə "İnter"in baş məşqçisi Antonio Konte arasında münaqişə olub.

Bildirilir ki, Turin klubunun rəhbəri rəqib komandanın məşqçisini təhqir edib. Qarşıdurmaya “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi də qoşulub.

"İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"un prezidenti Andrea Anyelli ilə aralarında yaranmış münaqişəni şərh edib.

"Yuventus” həqiqəti deməlidir. Düşünürəm ki, dördüncü hakim bütün matç boyu nələrin olduğunu eşidir və görürdü. Mənim fikrimcə, onlar daha çox nəzakətli olmalıdır. Kimlər ki, işləyir onlara daha çox idman ustalığı və hörmət lazımdır”, - deyə o “Rai 1”ə bildirib.

Görüş 0:0 urtarıb. "Yuventus" birinci matçda 2:1 hesablı qələbə qazandığından İtaliya Kubokunun finalına çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı