Premyer Liqa klubunun sahibi: “Mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?”

27 Avqust 2023 00:50 Turan 5 603
Premyer Liqa klubunun sahibi: “Mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?”

"Klubu təhvil alanda çoxlu çətinliyimiz var idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Iş adamı son 6 ayda keçdikləri yolu belə dəyərləndirib:

“O mərhələdən analitik məşqçini tapana qədər çox yol keçmişik. Problemlərimiz çox idi.

Akademiyamız olsa da, yataqxana kimidir, mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?!

Bir otaqda beş nəfər olaraq kim qalar? Bakıda məskunlaşmamışıq.

Bölgəmizi sevən bölgə komandasıyıq. Sadəcə, stadionda aparılan tikinti işləri təlimlərə maneə törədirdi".

Digər Xəbərlər
Xəbər Lenti