Stadionda izdiham faciəyə səbəb oldu - 12 ölü, 80 yaralı var

27 Avqust 2023 00:20 Hadisə 1 031
Stadionda izdiham faciəyə səbəb oldu - 12 ölü, 80 yaralı var

Madaqaskarın paytaxtı Antananarivoda “Hind Okeanı Adaları Oyunları”nın açılış mərasimində izdiham baş verib.

Sportinfo.az xəbər verir ki, hadisədə 12 nəfər ölüb, 80 nəfər yaralanıb.

Mərasim zamanı "Barea" stadionuna tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda daxil olmağa çalışıb.

1977-ci ildən keçirilən "Hind Okeanı Ada Oyunları" sentyabrın 3-dək Madaqaskarda keçirilən çoxşaxəli yarışdır.

Digər Xəbərlər
Xəbər Lenti