Məşhur baş məşqçi paytaxt klubuna gətirilir - FOTO

30 Yanvar 2021 10:20 İtaliya 826
Məşhur baş məşqçi paytaxt klubuna gətirilir - FOTO

İtaliyalı baş məşqçi Massimiliano Alleqri yenidən A Seriyasında çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Roma”nın baş məşqçisi təyin olunmağa hazırlaşır.

Paytaxt klubunun mütəxəssislə razılıq əldə etdiyi və 2+1 illik müqavilə imzalayacağı bildirilir. Alleqri “canavarlar”da hazırkı baş məşqçidən çox – ilinə 4,5 milyon avro qazanacaq. Paulo Fonsekada bu rəqəm 2,5 milyon avrodur.

Alleqrinin təyinatı komandanın növbəti oyunlardakı çıxışından asılı olacaq. Klub rəhbərliyi komandanın hazırkı çalışdırıcısı Paulo Fonsekanın işindən razı deyil.

Alleqri daha əvvəl A Seriyasında “Milan” və “Yuventus”u çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti