Klub rəhbəri: "Oyunlarımızı doğma rayonumuzda keçirə bilməyəcəyik"

21 Avqust 2023 09:40 II Divizion 1 758
Klub rəhbəri: "Oyunlarımızı doğma rayonumuzda keçirə bilməyəcəyik"

«Stadionumuz təmirə bağlanıb, ona görə oyunlarımızı bir müddət doğma rayonumuzda keçirə bilməyəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in prezidenti Famil Məmmədov deyib.

Yeni mövsümdən II Liqada mübarizə aparacaq cənub klub rəqiblərini Lənkəranda qəbul edəcək.

Müsahibin bildirdiyinə görə, ev oyunlarını qonşu rayonda yerləşən Olimpiya Kompleksində qəbul edəcəklər: «Artıq kompleksin rəhbərliyi ilə danışmışıq və müqavilə imzalamağa hazırlaşırıq».

İlk dəfə təşkil olunan II Liqada yarışmaya sentyabrda start veriləcək. Çempionatda 14 komanda qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu