Ramzan Kadırov Murad Musayevi "oğurlamaq" istəyir - "Sabah"dan

21 Avqust 2023 09:00 Sabah 4 558
Ramzan Kadırov Murad Musayevi "oğurlamaq" istəyir - "Sabah"dan

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyadan təklif alıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Axmat"ın rəhbərliyi 39 yaşlı mütəxəssisi baş məşqçi postuna dəvət edib.

Bu barədə "championat.com" saytı məlumat yayıb.

Rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib. Murad Musayev bu barədə "RB Sport" nəşrinə açıqlama da verib:

“Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrında "Sabah"a keçib və klubla 2 illik müqavilə imzalayıb.

2022/2023 mövsümünündə rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Azərbaycan çempionatının ikincisi olub.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparan "bayquşlar" "Partizan"la Bakıdakı ilk oyunda 2 cavabsız qolla qalib gəlib.

"Axmat"ın sahibi Ramzan Kadırovdur.

Digər Xəbərlər
Xəbər Lenti