"Milan"ın müdafiəçisi "Latsio"ya keçdi

28 Yanvar 2021 00:14 İtaliya 580
"Milan"ın müdafiəçisi "Latsio"ya keçdi

"Milan"ın futbolçusu Mateo Musakkio "Latsio"ya transfer olunub.

Sportinfo.az xəbər verir ki, Roma təmsilçisi tibbi müayinədən uğurla keçən argentinalı müdafiəçi ilə müqavilə imzalayıb.

Amma sözləşmənin detalları açıqlanmayıb.

Bu mövsüm "Milan"ın heyətində cəmi 2 görüşdə meydana çıxan Musakkio Argentina millisinin də formasını geyinib. "Qırmızı-qaralar" 31 yaşlı oyunçunu 2017-ci ildə İspaniya "Vilyarreal"ından 18 milyon avro təzminat qarşılığında transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti