Azərbaycan çempionatda legioner limiti ortadan qaldırıldı

24 Avqust 2023 11:00 Azərbaycan Futbolu 2 491
Azərbaycan çempionatda legioner limiti ortadan qaldırıldı

Azərbaycan Minifutbol Federasiyası (AMF) növbəti ölkə çempionatında mübarizə aparacaq komandaları sevindirib.

Bu barədə Sportinfo.az-a AMF-nin mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, təmsilçisi olduğu qurum legioner limitinin ləğvinə dair yeni qərar qəbul edib.

Qərara əsasən, iştirakçılar istənilən sayda əcnəbi futbolçunun xidmətindən yararlana bilərlər.

Buna görə onlardan sifariş haqqı istənilməyəcək. Sadəcə, Azərbaycana dəvət olunan legionerlər peşəkar status daşımamalıdır.

Digər Xəbərlər
Xəbər Lenti