Futbolçusunun başına iş gəldi, buradan imtina etdilər

18 Sentyabr 2023 11:40 I Divizion 1 014
Futbolçusunun başına iş gəldi, buradan imtina etdilər

I Liqada çempionluq iddiasında olan «İmişli» Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

Aran klubu ev oyunlarını Saatlı Olimpiya Kompleksində keçirməkdən imtina etdiyini açıqlayıb.

Buna səbəb arenanın süni ot örtüyünün yararsız olmasıdır. İmişlilər rəqibləri başqa məkanda qonaqlamaq istədkləri barədə PFL-i məlumatlandırıb.

Klub rəhbərliyi mümkün variantlardan biri kimi Qəbələni göstərib.

«İmişli»nin yarümmıdafiəçisi Rəhim Cəfərlinin qıçı Saatlıda iki yerdən sınıb. Olay aran derbisində baş verib.

«Araz»ın qonağı olan qonşu rayonun təmsilçisi meydandan 3:0 hesablı qələbəylə ayrılsa da, gənc futbolçunun üzləşdiyi vəziyyət nəticəni arxa plana keçirib.

Belə ki, qarşılaşmanın əvvəlində rəqiblə toqquşma zamanı yerdə qalan imişlili gənc stadiondan birbaşa xəstəxanaya aparılıb və ayağına gips qoyulub.

O. ən azı 6 ay yaşıl sahələrdən uzaq qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti