Avtomobil qəzası keçirdi, reanimasiyaya yerləşdirildi

8 Yanvar 2021 12:20 İtaliya 639
Avtomobil qəzası keçirdi, reanimasiyaya yerləşdirildi

İtaliya yığmasının sabiq qapıçısı Morqan De Sanktis avtomobil qəzasına uğrayıb.

Sportinfo.az xəbər verir ki, gecə saatlarında paytaxt Romada qəza keçirən keçmiş futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun həyati təhlükəsi olmasa da, reanimasiyada müalicə aldığı bildirilir.

Morqan De Sanktis hazırda “Roma”nın idarə heyətində çalışır. O, 2008-09 mövsümündə “Qalatasaray”da da forma geyinib. 43 yaşlı De Sanktisin şərəfini qoruduğu klublar arasında “Yuventus”, “Udineze”, “Sevilya”, “Napoli” və “Monako” da var.

Digər Xəbərlər
Xəbər Lenti