Serxio Ramos "Real"dan Fransa klubuna keçəcək?

16 Noyabr 2020 19:20 İspaniya 436
Serxio Ramos "Real"dan Fransa klubuna keçəcək?

PSJ “Real”ın kapitanı Serxio Ramosu heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Paris klubunun 34 yaşlı futbolçuya irəli sürəcəyi təklif də bəllidir.

PSJ ispan futbolçuya ildə 16,8 milyon avro olmaqla 3 illik müqavilə təklif edəcək. Bundan başqa, PSJ Ramosu azad agent kimi transfer etsə, futbolçu əlavə olaraq bonus da qazanacaq.

Ramos “Real”la cari mövsümün sonunda bitəcək müqaviləni hələ yeniləməyib. Onun klubla danışıq apardığı və yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti