“Barselona” - Pul yoxdur, futbolçu ala bilmirlər

12 Noyabr 2020 00:00 İspaniya 334
“Barselona” - Pul yoxdur, futbolçu ala bilmirlər

“Barselona”nın baş məşqçisi Ronald Kuman klubun transfer siyasəti haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kuman heyətdəki boşluqlar barədə rəhbərliyə məlumat verdiyini deyib.

Ancaq bildirib ki, klubun maliyyə durumu da yaxşı vəziyyətdə deyil: “Ramon Planeslə gələcək barədə daim söhbət edirik. Komandanı necə gücləndirmək barədə müzakirə aparırıq.

Klubun maliyyə durumunu nəzərə alsaq, çox şey tələb etmək olmur. Mən artıq hansı mövqelərə futbolçu lazım olduğu barədə məlumat vermişəm. Əgər imkan olsa, yeni futbolçular alacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!