"Məncə, “Atletiko” “Real” və “Barselona”dan üstündür”

10 Noyabr 2020 19:00 İspaniya 371
"Məncə, “Atletiko” “Real” və “Barselona”dan üstündür”

Müqavilə ilə “Atletiko”ya məxsus olan və icarə əsasında “Yuventus”da çıxış edən Alvaro Morata Madrid klubundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Atletiko”nun bu mövsüm La Liqada çempion olacağına ümid etdiyini deyib:

“İlk dəfə futbol oynamağa başladığınız komandanı həmişə xatırlayırsınız. Mən hər zaman “Atletiko”da olacağam. Bu kluba minnətdaram.

Dieqo Simeone ilə çox yaxşı münasibətimiz var və ona hər şeyin ən yaxşısını arzulayıram. Yenidən görüşüb-görüşməyəcəyimizi, “Atletiko” forması geyinib-geyinməyəcəyimi bilmirəm.

Ümid edirəm ki, bu mövsüm La Liqada çempion ola biləcəklər. Buna görə də hər oyunda mübarizə aparmalıdırlar. Komanda yaxşı oynayır. Məncə, “Atletiko” “Real” və “Barselona”dan üstündür”.

Morata “Atletiko”nun yetirməsidir. O, karyerası ərzində “Real”ın əsas və əvəzedici komandasında, “Çelsi”də də çıxış edib.

Əlavə edək ki, “Atletiko” La Liqanın turnir cədvəlində 17 xalla 3-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!