"Barselona" Qrizmannı göndərib, əvəzinə Depayı gətirir

27 Oktyabr 2020 22:40 İspaniya 351
"Barselona" Qrizmannı göndərib, əvəzinə Depayı gətirir

“Barselona”nın futbolçusu Antuan Qrizmann karyerasını “Lion”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Fransa təmsilçisi 29 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Kataloniya klubunun baş məşqçisi Ronald Kuman da oyunçunu komandanın heyətində saxlamağı düşünmür.

“Lion” isə bu keçidə reallaşacağı təqdirdə, futbolçusu Memfis Depayı “Barselona”ya verməyə hazırdır. Depayın Liqa 1 klubu ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.

Qrizmann “Barselona”ya 2019-cu ildə “Atletiko”dan transfer edilib.

Digər Xəbərlər
Xəbər Lenti