"Biz qorxu altında işləmirik, istefa vermək niyyətim yoxdur"

27 Oktyabr 2020 19:16 İspaniya 380
"Biz qorxu altında işləmirik, istefa vermək niyyətim yoxdur"

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeunun istefaya gedəcəyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, Bartomeu bununla bağlı açıqlama verib.

O, istefaya getmək niyyətinin olmadığını bildirib: “İstefaya getməyi heç vaxt düşünməmişəm. Tikilməkdə olan gözəl bir layihəmiz var. Qarşıda çox vacib Çempionlar Liqası matçı var, istəyimiz və ruhumuz heç itməyib.

Bu mövsüm titullarımızın olacağını düşünürəm. İstefaya göndərilən ilk “ Barselona” prezidenti ola bilərəm? Biz qorxu altında işləmirik və irəliləmək istəyirik.

Heç kim qorxmayıb. Son 10 ildə 22 kubok qazandıq. Utancaqlar üçün pis rəqəm deyil".

Digər Xəbərlər
Xəbər Lenti