“Qarabağ”ın rəqibi yeni transferini təqdim etdi - FOTO

21 Oktyabr 19:30 İspaniya 165
“Qarabağ”ın rəqibi yeni transferini təqdim etdi - FOTO

Avropa Liqasının İ qrupunda “Qarabağ”ın rəqiblərindən olan İspaniya “Vilyarreal”ı yeni transferi Xuan Foytu təqdim edib.

Sportinfo.az xəbər verir ki, İngiltərə “Tottenhem”indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb.

Argentina yığmasının da şərəfini qoruyan Foyt, yeni komandasında “8” nömrəli formanı geyinəcək.

“Estudiantes”in yetirməsi olan Foyt, 2017-ci ildən “Tottenhem”dədir. 22 yaşlı müdafiəçi London klubunda elə də çox forma şansı qazanmırdı.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 22:20 Niyə AFFA yox, "Qarabağ"?
27 Noyabr 01:10 "Milan"dan 1:1 - VİDEO