"Biz kiminsə səhv etməsinə icazə verə bilmərik"

19 Oktyabr 2020 15:18 İspaniya 486
"Biz kiminsə səhv etməsinə icazə verə bilmərik"

“Boka Xuniors” “Barselona”nı məhkəməyə verdiyi barədə məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, Argentina nəhəngi uruqvaylı müdafiəçi Santyaqo Ramos Minqoya görə məhkəməyə üz tutub.

Məsələ ilə bağlı “Boko”nun prezidenti Xorxe Amor Ameal açıqlama verib: “Ramos Minqoya görə “Barselona”nı məhkəməyə veririk. Baş verənlər barbarlıqdır.

Əvvəlki rəhbərlik Minqo ilə çox pis davranıb. Onun nümayəndəsinin olub-olmadığını bilmirəm. Amma bu gün “Barselona”nı ona görə məhkəməyə veririk ki, həmin futbolçu üzərində hüquqlarımızın olduğuna inanırıq.

Biz kiminsə səhv etməsinə icazə verə bilmərik. Baş verənlər barbarlıqdır. Bu oyunçunun böyük potensialı var idi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı