“Məğlubiyyətlər faydalıdır, buna çox əhəmiyyət verməməliyik”

19 Oktyabr 2020 11:06 İspaniya 452
“Məğlubiyyətlər faydalıdır, buna çox əhəmiyyət verməməliyik”

“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 6-cı turunda “Kadis”ə məğlub olduqları görüşdən sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, belçikalı qapıçı məğlubiyyətin faydalı olduğunu deyib:

“Məğlubiyyətlər hər zaman faydalıdır. Çünki sizi daha çox işləməyə, səhvləri aradan qaldırmağa və inkişafa təşviq edir. Məğlubiyyətə çox əhəmiyyət verməməliyik.

Ev oyunlarında qələbə qazanmalıyıq, amma indi oyunlar daha sürətli və gərgin keçir. Bu məğlubiyyəti unudub, “Şaxtyor”la oyuna köklənməli, qələbə qazanmalıyıq. Daha sonra “Kamp Nou”da “Barselona” ilə oyun bizi gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti