"Neftçi" bundan sonra belə idarə olunacaq – Model dəyişdi

10 Avqust 2023 13:00 Neftçi 1 572
"Neftçi" bundan sonra belə idarə olunacaq – Model dəyişdi

Yaxın günlərdə «Neftçi»nin yeni strukturu açıqlanacaq.

Bu barədə SOCAR rəhbərliyinə yaxın mənbələrdən redaksiyamıza məlumat daxil olub.

Neft şirkətində bununla bağlı plan işləndiyi bildirilib. Həmin plana əsasən, klub əvvəlkindən fərqli formatda idarə olunacaq.

Baş icraçı direktor Fərrux Mahmudova tabe olan bir neçə departament yaradılacaq.

Həmin departamentlərə digər sahələrdən bir neçə kadrların təyinatı gündəmdədir. Hazırda onlar arasında seçim edilir.

Prezidentlik institutu? Fərrux Mahmudov bəzən mətbu orqanlarda prezident kimi təqdim olunur.

Gerçəkdə isə bu post artıq ləğv edilib. Kamran Quliyevin klubun sonuncu prezidenti kimi tarixə keçdiyini deyə bilərik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti