“Barselona”nın son cəhdi - Lautaro Martines üçün

27 Sentyabr 2020 11:40 İspaniya 521
“Barselona”nın son cəhdi - Lautaro Martines üçün

“Barselona” uzun müddətdir transfer hədəfində olan “İnter”in futbolçusu Lautaro Martines üçün növbəti dəfə hərəkətə keçir.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu argentinalı futbolçu üçün “neradzurra”ya təklif göndərməyə hazırlaşır.

“Barselona” son günlərdə bir neçə futbolçusu ilə yollarını ayırdığı üçün Martineslə güclənmək niyyətindədir. Kataloniya klubunun bu dəfə də uğursuz olacağı halda, bu istəyindən imtina edərək, alternativ seçimlər axtaracağı bildirilir.

“Barselona” daha əvvəllər də Martinesi heyətinə qatmaq istəsə də, “İnter” təzminat məbləği olan 111 milyon avronu tələb etdiyi üçün bu keçid alınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti