"Napoli"nin ulduzunun sabiq komanda yoldaşı Azərbaycanda - FOTO

20 Oktyabr 2023 01:50 Kəpəz 1 482
"Napoli"nin ulduzunun sabiq komanda yoldaşı Azərbaycanda - FOTO

"Kəpəz"in növbəti transferlərindən biri Adama Niane oldu.

Azərbaycana gələnə qədər yetərincə normal karyeraya malik malili forvard Fransa futbolunun yetirməsidir.

İlk dəfə "Nant"ın heyətində peşəkar futbolla tanış olan adıçəkilən hücumçu sonradan müvafiq olaraq "Trua", "Şarlerua", "Oestende", "Soşo", "Dunkirk" klublarının şərəfini qoruyub.

Onun son iş yeri isə İranda "Nassaji" komandası olub.

2017-ci ildən Mali millisinə də cəlb edilən hücumçu hələ ki, qol hesabını açmağa müvafiq olmayıb. Karyerasının ən parlaq dönəmini "Trua"da keçirmiş Niane iki il ərzində 69 görüş çıxıb və 31 dəfə fərqlənib. O, karyerası ərzində hazırda və vaxtı ilə dünya futbolunda tanınmış simalarla da çiyin-çiyinə oynayıb.

Papi Djilobodji

Seneqal millisinin müdafiəçisi “Nant”dakı 5 illik karyerasının ardından "“Çelsi"yə keçmişdi. London klubundakı karyerası uğursuz keçdikdən sonra “Sanderlend”, “Dijon”, “Genqam” kimi komandalarda oynamışdı. 34 yaşlı futbolçu hazırda Türkiyə Superliqasında çıxış edən “Qazişehir"in üzvüdür. Onun Niane ilə tanışlığı “Nant”da oynayarkən baş tutub.

Cordan Veretu

Fransalını da dünya futboluna tanıdan klub "Nant”dır. Niane ilə birlikdə adıçəkilən klubun formasını geyinmiş Veretu 2015-ci ildə məhz "Nant"dan "Aston Villa"ya transfer edilmişdi. Amma Premyer Liqa klubunda karyerası gözlənilən kimi alınmayan futbolçu sonradan Fransaya qayıdaraq “Sent-Etyen”lə anlaşmış, ardınca “Fiorentina” ilə müqavilə imzalamışdı. Fransa millisinin üzvü hazırda ölkənin ən tanınmış və iddialı komandalarından olan “Marsel”in formasını geyinir.

Viktor Osimhen

“Kəpəz”in böyük ümidlərlə transfer etdiyi Nianenin keçmiş komanda yoldaşları arasında hazırda dünya ulduzlarından olan Viktor Osimhen də var.

“Trua”dan ayrıldıqdan sonra Belçikaya yollanan Adama iki il “Şarlerua”da (2012-2020) Osimhenlə komandanın hücum xəttini təşkil edib. O, burada 25 oyuna 2 qol vurmağı bacarıb (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti