“İnsanlar Beylin gedişində məni günahlandırsa da…” – Zidan

21 Sentyabr 13:26 İspaniya 252
“İnsanlar Beylin gedişində məni günahlandırsa da…” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan icarə əsasında “Tottenhem”ə keçən Qaret Beyl haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransız mütəxəssis uelsli futbolçunun keçidini belə şərh edib:

“İnsanlar Beylin gedişində məni günahlandırsa da, bu, məni əsəbiləşdirmir. Çünki deyilənlər doğru deyil. Mənim Beyllə heç bir problemim olmayıb. Heç kim onun “Real” üçün etdiklərini kiçiltməyəcək.

Qaret üçün ən yaxşısını arzu edirəm. Onunla danışmamışam. Beyl “Real”da əlindən gələni etdi, kubok qazandı, finallar oynadı. Ötən mövsümdə də “Real”da qaldısa da, deməli, bir səbəbi var idi.

Beylin gedişi ilə üzərimdən yük götürüldümü? Xeyr, çünki o, mənə yük olmayıb. Onunla aramda heç bir problem olmayıb. Sadəcə, müxtəlif səbəblərə görə az oynadı”.

“Real” Beyli “Tottenhem”ə bir illik icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti