Klub prezidenti bu yenilgiyə dözmədi, üzr istədi - VİDEO

23 Aprel 18:00 II Divizion 1 696
Klub prezidenti bu yenilgiyə dözmədi, üzr istədi - VİDEO

II Liqada XXII turun oyunları keçirilir.

"Şəki Siti" Qaxda "Kürmük”ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hərçənd matçın ilk 1 saatı bundan xəbər vermirdi.

“Şəki”nin 3 xalı asanlıqla əldə ediləcəyi gözlənilirdi. Qonşu rayonun komandası ilk hissədə 3 real fürsəti boşa verib.

Fasilədən sonra da hücumlarını davam etdirən şəkililər 60-cı dəqiqədə hesabı açıb. Xaliq Şabanov sağ cinahdan ötürməni yaxın məsafədən qapıdan keçirib.

Üstündən 2 dəqiqə keçmiş oyunun “təkər”i çevrilib. Öncə Revazi Otaraşvili bərabərlik qolunu vurub. Gürcü hücumçunun elə də güclü olmayan zərbəsindən sonra qapı toru cırılıb.

Vüqar Məmmədli və Roma Dukaşvili növbəti dəqiqələrdə fərqi iki topa çatdırıb. Nurlan Camallının 88-ci dəqiqədə vurduğu qol isə oyunda yekun nöqtə olub.

17 yaşlı müdafiəçi rəqibin ötürməsini ələ keçirərək əla reyd edib, iki nəfəri aldadıb və baxımlı qola imza atıb. Yəqin ki, Premyer Liqa və I Liqa məşqçiləri bu gənci diqqət mərkəzində saxlayacaq.

Xallarını 14-ə yüksəldən "Kürmük Qax" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

Bu matçdan sonra “Şəki”nin prezidenti Elgün Hüseynov Qaxa təşrif buyurmuş 200-ə yaxın azarkeşdən üzr istəyib.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 300 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Mirnihad Seyidov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Təbriz Feyzullayev, 58 (hakimin qərarına etiraz); Roma Dukaşvili, 73 (qeyri-idman hərəkəti); Sərxan Mirzəyev, 85 (qeyri-idman hərəkəti) // Osman Soltanov, 41 (hakimin qərarına etiraz); Süleyman Rauflu, 50 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 54 (hakimin qərarına etiraz); Ramin İsmayılov, 63 (hakimin qərarına etiraz); Yusif Cəfərov, 76 (qeyri-idman hərəkəti)
Qollar: Revazi Otaraşvili , 62; Vüqar Məmmədli, 78; Roma Dukaşvili, 79; Nurlan Camallı, 87 // Xaliq Şabanov, 60
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
9. Nail Təhməzli
(10. Ehtiram Kərimov, 75)
85. Cavidan Ömərli
(61. Şamil Rəcəbli, 15)
4. Təbriz Feyzullayev
23. Revazi Otaraşvili
14. Vüqar Məmmədli
(13. Sərxan Mirzəyev, 80)
26. Fuad Osmanlı
(11. Nurlan Camallı, 46)
77. Roma Dukaşvili
16. Büsat Süleymanov
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
22. Fərid Məhyəddinov
44. Surxay Mikayılov
17. Musa Kərimli
99. Elvin Süleymanov
21. Rəvan Qurbanzadə
Baş məşqçi: Telman Kərimov

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
44. Osman Soltanov
(60. Tunar Səlimov, 83)
21. Elşən Mustafayev
33. Tamerlan Rizvanov
(8. Yusif Cəfərov, 46)
7. Xaliq Şabanov
77. Ramin Məmmədov
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
99. Sərcan Omarov
22. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti