"Barselona"da yeni 7 nömrə

12 Sentyabr 2020 09:56 İspaniya 1 237
"Barselona"da yeni 7 nömrə

“Barselona”nın futbolçusu Antuan Qrizmann forma nömrəsini dəyişdirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu yeni mövsümdən 7 nömrəli forma ilə çıxış edəcək.

Bundan əvvəl bu nömrəli forma ötən mövsümü icarə əsasında “Bavariya”dan keçirən Filipe Koutinyoya məxsus idi. Fransalı oyunçu ötən mövsüm 17 nömrəli formanı geyinirdi.

Qrizmann 2019/2020 mövsümündə İspaniya Futbol Federasiyasına forma nömrəsini dəyişdirmək üçün müraciət etmişdi. Lakin futbolçuya mövsümün ortasında belə bir dəyişiklik üçün icazə verilmədiyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı