"Barselona"nın futbolçusu koronavirusdan sağaldı

9 Sentyabr 2020 19:20 İspaniya 482
"Barselona"nın futbolçusu koronavirusdan sağaldı

Koronavirusa yoluxan “Barselona”nın müdafiəçisi Samule Umtiti sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Avqutun 14-də futbolçudan götürülən testin nəticəsi müsbət cavab vermişdi. Bu səbəbdən o, Çempionlar Liqasının ¼ final matçında “Bavariya”ya qarşı görüşü (2:8) buraxmalı olub.

Umtitinin komandadan göndəriləcəyi bildirilir. Onun “Lyon”un oyunçusu Mempis Depayla dəyişdiriləcəyi iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu